30 Ekim 2015 Cuma

Abidələrimiz

       Qız qalası 

  Azərbaycan dünyanın ən qədim sivilizasiya məskənlərindəndir. Yerləşdiyi coğrafi məkan bu faktın ən vacib sübutudur. Ərazidə olan qədim maddi mədəniyyət nümunələri də  bu sübut üçün əsas olan dəlillərdir. Məsələn Qız qalası. Bu qlala Abşeron yarımadasında, dənizkənarı milli park ( Bulvar) yaxınlığında yerləşir. Öz unikal görkəmi ilə maraq doğuran Qız qalası memarlıq sirləri ilə zəngindir. 

   Qız qalası hazırda dünyada analoqu olmayan bir qüllədir. Hündürlüyü 28 metrə çatır. Maraqlıdır görəsən Xəzərin də okean səviyyəsindən 28 m. aşağı olması ilə bunun bir əlaqəsi varmi? Başdan-başa sirlə dolu olan Qız qalası əminəm ki, zəngin informasiya mənbəyidir. Adı Qız qalası olduğu üçün haqqında olan əfasanələr qızla bağlıdır. Amma qalanın "Oğuz" sözünün təhrif olunması ilə yarandığı deyilir. Çünki oğuzların yayıldığı ərazilərdə "Qız qalası" adı ilə qalalar vardır. Qalanın daxili plani da bənzərsizdir. 8 mərtəbəsi var. Lakin qalanın yerin altına doğru da 14 metr hörüldüyü deyilir. Aşağı mərtəbədə divarının qalınlığı çox olduğu üçün içərisi daralmışdır. Yuxarı mərtəbələrə qalxdıqca daxili genişlənir. Qala möhkəm qaya üzərində inşa olunmuşdur. Ortasında qayanın içinə doğru oyulmuş olan quyu var.  

Abidənin yaşı haqqında isə hələ heç bir qəti qərara gəlinməyib. Bəzi tədqiqatçılar qala ilə bağlı olan məişət əşyalarının yhttp://musabiqe.edu.az/aşından, qala üzərində olan lövhə üzərində yazıdan və s. onu Xll əsrə, bəziləri V- Vl əsrə aid edirlər. Şumer dövrünə aid edənlər də var. Tədqiqatçılar  çətinlik çəkir. Çünki abidənin analoqu olan başqa bir abidə yoxdur. Heç bir tarixi dövrün memarlıq abidələrinə bənzəmir. Qalanın yuxarıdan baxanda 9 rəqəmi formasında olması da maraq doğurur. Bu görünüşü qala haqqında mifik təsəvvürləri də təxəyyülə gətirir.  Qız qalası 1964-cü ildən muzey elan edilmişdir. 2000-ci ildə UNESKO-nun  Ümumdünya irsi siyahısına salınmışdır. Qız qalası nəinki Azərbaycanın, dünyanın incisidir.





Ermənilər Xocalıda qədim türk Kurqanlarını dağıdır, guya eranın I əsrinə aid olan saxta erməni dövlətinin qalıqlarını axtarırlar. Halbu ki, burdakı kurqanlar eradan əvvəl 8 - 9 cu əsrlərə və daha qədim dövrə aiddir. Kurqanlar sibir ərazisindəki qədim türk məskənlərindən ta ki, Yardımlıya Naxçıvana Anadolu torpaqlarına qədər rast gəlinən qiymətli abidələrdi.( Bu arada rusların istifadə elədiyi kruq sözü də türkmənşəli sözdür hesab edirəm Minlərlə rus dialektinə daxil olmuş türk sözləri kimi.) Etdikləri dəhşəti, qırğını, soyqırımı, Kərbəla müsibətini yenə davam etdirirlər. Bu dəfə də torpağın bağrını dəlib olara aid olmayanı talan edir Türk sərkərdələrinin heysiyyatına zərbə vururlar Yenə dözürük...... Bu qədər tolerantlıq....?

Əshabi - Kəhf 

   Əshabi-Kəhf Naxçıvan şəhərinin 12 km yaxınlıgında İlandag və Nəhəcir dagı arasında yerləşən təbii magaradır. Kəhf - magara, əshabi - adamlar mənasını daşıyır. Əzəmətli görünüşü, mistik aurası ilə insanı eniqmatik aləmə qovuşduran fiziki və mənəvi paklıgın məkanı olan bu yer minilliklərin ziyarətgahıdır.
   Burada rast gəlinən qədim maddi nümunələr və mədəni qatın dərinliyi ərazinin ilkin orta əsrlərə və daha erkən dövrlərə aid oldugunu təstiq edir. Magaranın içində yaranan təbii şərait yayda sərin, qışda ilıq mühitin olması buranın qədim insan məskənlərindən olması fikrini tamalayır. Buranın ziyarətgah olması Qurani Kərimdə qeyd olunan (Kəhf surəsi-18) hadisə ilə baglıdır. Rəvayətə görə bütpərəst hökmüdar Dag Yunusun vəziri Təmirxan onu tək olan Allaha inanmaga çagırır. Dag Yunus vəzirə qəzəblənir. Vəzir Təmirxan bir neçə tərəfdarları ilə hökmüdarın zülmündən daglara çəkilmək üçün saraydan qaçır. Yolda onlara bir çoban və onun iti də qoşulur. Çoban itin səs edəcəyindən ehtiyat edib onun qıçını sındırır. İti magaranın önündə basdırır. Onlar magarada dərin yuxuya gedirlər. Ayıldıqdqn sonra bərk acdıqları üçün vəziri şəhərə yemək dalınca göndərirlər. Vəzir Təmirxan çörək aldıgı dükan sahibinə gümüş pul verir. Dükan sahibi pulların Dag Yunusun dövrünə aid oldugunu görür. Onun xəzinə ogurladıgını güman edib hökmüdarın yanına aparırlar. Vəzirə başa salırlar ki bu pullar 300 il bundan əvvələ aiddir. Vəzir Təmirxan magaraya qayıdaraq əhvalatı yoldaşlarına danışır. Dostlar İlahinin  onları necə qorudugunu anlayırlar. Rəbblərinə dua edərək onları öz dərgahına qovuşdurmasını xahiş edirlər. Rəbbimiz, dərgahından bizə rəhmət bəxş et və bizə bir çıxış yolu göstər. (Kəhf surəsi-18; ayə 10)
  Bu hadisə fərqli mədəniyyətlərin arasında körpü olan bir kültdür. Eyni rəvayət xristian dünyasında da yayılmış və bir çox ölkələrdə oxşar magaralar inanc yerinə çevrilmişdir. Filmlər çəkilmiş magara adamlarının adları, hətta çobanın itinin belə adı dəqiqliklə verilmişdir. Hadisənin Roma imperatorlarından Diokletian (284-305), ya da Domitianus (271-272) oldugu güman edilir. Saraydan qaçıb magaraya üz tutanların isə İmteratorun sag tərəfindəki əyanları Yemliha, Mekselina, Mislina, sol tərəfindəki əyanları Mernuş, Delernuş və Şazenuş, itin adı isə Kıtmır oldugu qeyd olunur. Rəvayətin davamına görə hökmüdar saraydan qaçanları təqib edərək Efesə (Türkiyə) gəlir və onları öldürmək məqsədi ilə magaranın girişini baglayır. Bu rəvayətdə dəqiq insan sayı verilmişdir. Lakin müqəddəs kitabda magara adamlarının sayı haqqında deyilir ki, onların sayını heç kim dəqiq deyə bilməz. Bunu yalnız allah bilir.(Kəhf surəsi-18; ayə 22).
   İllərlə yatızdırdıq magarada onları. Sonra oyatdıq ki, o iki dəstədən hansı biri yatdıqları müddəti düz hesablayacaq. (Kəhf surəsi-18; ayə11). Bu ayəyə nəzər salsaq xristianlıgın rəvayətindəki hökmüdarın sag və sol tərəfi olan insanları iki dəstə kimi yozmaq olar. Həm də bəşər tarixinin belə bir mühüm hadisəsinin başqa dini kitablarda yox yalnız Qurani kərimdə yer alması onun İslamdan əvvəlki dinə aid olduguna işarədir. 
Magarada 300 il, və yaxud 309 il yatdılar deyə mübahisələr var. Bu mübahisələrə aydınlıq gətirək .300 il Günəş(hicri-şəms) , 309 il Ay (hicri-qəmər) təqvimi ilə yuxuya getdilər magara adamları. Günəş təqvimi Yerin Günəş ətrafında bir tam dövrü müddəti ilə ölçülür. Bu müddət 365-366 gündür. Ay təqvimi isə ayın Yer ətrafında hərəkəti ilə ölçülür və bunin 12 dəfə təkrar olması ilə bir il hesablanır. Ayın Yer ətrafında tam dövr etməsi müddəti 28 sutka 13 saatdır. Deməli Qəmər(sinodik) təqvimində ilin günlərinin sayı 355-356 gün olur. Bu təqvimlər arasında yaranan 10 gün fərq 300 ilə 9 il edir.
Onları saga sola çevirdik ki, ətlərini torpaq yeməsin. (Kəhf-18;ayə18). Bu magarada

yatanların qan dövranını təzələnməsi üçün edilmişdir. İnsan bədəni hərəkətsiz uzunmüddət qalarsa toxumaların çürüməsi baş verir.  
Dünyanın bir çox yerlərində, Kiçik Asiyada , Fələstində Oxşar hadisələrlə baglı magaralar vardır.Lakin Quranda bu məsələyə də aydınlıq gətirən ayə vardır. Bir nəzər sal Günəşə. Dogan zaman magaranın sagından, batan zaman solundan düşür gün.(Kəhf-18; ayə 17). Azərbaycanda yerləşən Əshabi-Kəhf magarası Qyranda yazıldıgı kimidir, Magaranın önündə dayandıqda günəşin sagda çıxıb solda batdıgını görmək olar.
Bu gün Əshabi-Kəhf müqəddəs ziyarətgah mədəni turizm obyektidir. Dövlətimizin qaygısı ilə abadlaşdırılıb dini turizm məkanı kimi zəvvarların ixtiyarına verilib. Ölkənin hüdudlarından kənardan da buranı ziyarətə gəlirlər.
 Abdullayeva Natəvan 157 saylı məktəb.


1 yorum:

  1. Əziz bloq ziyarətşiləri, Azərbaycanın qədim abidələri haqqında maraqlı məlumatları səhifəyə əlavə edə bilərsiniz.

    YanıtlaSil