29 Ekim 2015 Perşembe

Məqalələrim


Daş gerçəklər
Həzrəti Nuh peygəmbər Allahın buyurdugu kimi bir gəmi düzəltdi. Allaha inananlar insanlıgını itirmiş Nuh qövmünə göndərilmiş tufandan qurtulmaq üçün gəmiyə sıgındılar.Uzun müddət suda üzən gəmi nəhayət bir qayaya toxundu. Sonra cudi dagına ilişib qaldı. Sular çəkilməyə başladı. Həzrəti Nuh və gəminin digər sainləri bu ərazidə məskunlaşdılar. Ərazini Nuh cıx van, yəni Nuh çıxan yer adlandırdılar. Hal-hazırda bu yer Naxçıvan adlanır.
Nuh tufanı baş verən yer Mesopotamiya ovalıgı idi.Ərazi çökək oldugu üçün buranın su altında qalmaq ehtimalı böyükdür.Cögrafi baxımdan yanaşsaq və dünyanın bu hissəsinin relyefinə nəzər salsaq məhz Qafqaz ərazisinin mütləq hündürlüyü gəmi sakinlərini sulardan xilas etməyə imkan verir.
Mesoptamiya ərazisində aparılan arxeolojo tədqiqatlar da tufanın məhz burda oldugu isbatladı. Suyun çökdürdüyü qalın palçıq qatının altındakı qədim mədəniyyətin qalıqları bu günümüzə ibrət olsun deyə sanki qorunmuşdur.Ərazidə dörd şəhərin fəlakətə məruz qaldıgını sübut edən aşkar dəlillər ortaya çıxdı. Bu şəhərlər Uruk, Ur, Kiş və Şuruppakdır. Alman arxeoloqu Verner Keller bu nəticəyə gəldi ki, ərazi suyun çökdürdüyü palçıq təbəqə altında qalmış və sel fəlakəti həqiqətən burada miladdan 3000 il əvvələ aid edilir. 2009-cu ildə Çin ekipajı tərəfindən Agrıdagda 4000 m yüksəklikdə Nuh gəmisi üzəri buzla və vulkan kulu ilə örtülmüş halda tapıldı. Müqəddəs kitab Tövratda deyilir ki, türklər Nuh peygəmbərin oglu Yafəsin törəmələridirlər.
Mesopotamiya həm də qədim Şumer mədəniyyətinin beşiyidir.Şumerlər antik xalqlar içində çox yüksək sivilizasiyaya sahib olan xalq hesab edilir. Burada Şaman dininə etiqad edilib. Müasir günümüzdə bu dinin qalıqları Rusiyanın şimal-şərqində yaşayan türk xalqları olan saxa-yakutlar, dolqanlar və Şimali Amerikanın yerli tayfalarından bir qismində saxlanılır. Bəzi Çin mənbələrində türklərin Orta Asiyaya Mesopotamiyadan gəldiyinə aid işarələr var. Tarixçilər Asiyada türklərin məskunlaşma tarixinin 10 minlərlə il odugunu qeyd edirlər. Nuh tufanından daha qədim bir tarixdə.

Türklər haqqında ən qədim və ciddi mənbələrdə məlumatlar yer alır.Amma mübahisələr səngimir.Elə bu da göstərir ki, türklərin qədimliyi tarixi aciz qouyb.Sait okeanda itib batmış qitənin sakinləriolan Mu qəbiləsi də türklər hesab olunur. Naməlum tarix də türklərin tərəfindədir. O ki, qaldı məlum tarixə türklər öz möhürünü çoxdan vurmuşdur. Sərkərdələri, elm adamları, söz ustadları ilə. Daşdan keçən daş gerçəkləri ilə.Comərdlik,alicənablıq ,tolerantlıq, qonaqpərvərlik saysız müsbət keyfiyyətlər türkün qanındadır. Damarlarımızdan axan türk qanına eşq olsun! 

  




 

 Su möcüzəsi


 Su kainatın, dünyanın incisi, həyat cövhəri, paklıq rəmzi, yaradılışın təməlidir. Bildiyimiz su iki oksigen və bir hidrogen atomlarının birləşməsindən yaranan iysiz, zəngsiz, dadsız kimyəvi birləşmədir. Su hər yerdədir. Canlıların, bitkilərin tərkibinin böyük hissəsini su təşkil edir. Yer səthinin üçdə ikisini su kütlələri olan okean və dənizlər tutur. Özünəməxsus fiziki- kimyəvi xüsusiyyətləri ilə təbiətdə əsas aparıcı qüvvə kimi vacib olan su universaldır. Onun təbiətdəki funksiyalarını saymaqla bitmir. Su həlledicidir. Bütün qida maddələri suda həll olur. Su olmasa canlılarda həzm prosesi pozular. Suyun xüsusiyyətlərinin rəngarəngliyi onun kimyəvi xassələri ilə deyil, fiziki xassələri ilə üzə çıxır. Belə ki, su molekullarının atomlarının düzülüşü və aralarındakı rabitənin variasiyalı olması suyun xüsusiyyətlərinin dəyişkənliyini təmin etməyə və müxtəlif su çeşidlərinin yaranmasına səbəb olur. Temperaturun dəyişməsindən asılı olaraq suyun aqreqat halları dəyişir. Su bərk halda olarkən öz həcmini genişləndirir. Bu xüsusiyyət maddələr arasında yalnız suya məxsus olan analoji haldır. Suyun bu xüsusiyyətinin öz hikməti vardır. Buz sudan yüngül oldugu üçün suda batmır. Suyun üzündə buz təbəqəsi ilə örtük yaranır və canlıları bayırdakı soyuqdan izolyasiya edir. Digər maddələrin bərk halında malekullar arasında maksimum sıxlıq olduğu üçün maye halındakından agır olur. Əgər su da belə tipik xüsusiyyətə malik olsaydı o zaman buzlar suyun dibinə enər və su kütlələri tamamilə donardı. Su canlıları məhv olardı. Suyun digər anomal xüsusiyyəti onun 4 dərəcə temperaturda maksimum sıxlığa malik olmasıdır. Su bu halda ən agır çəkiyə malikdir. Dəniz və okeanlarda belə sular agır oldugu üçün enərək yüngül suları yuxarı sıxışdırırlar. Bu yerdəyişmə çox əhəmiyyətlidir. Belə ki, üst təbəqənin suları çox soyuyaraq buza çevrilməsin deyə su sirkyasiya edir. Suyun çox mühüm əhəmiyyət kəsb edən vacib xüsusiyyətlərindən biri də onun istilik tutumudur. Su gec qızıb gec soyuyur. Uzun müddət istilik tutumunu qoruyub saxlayan su qızmış quru səthinə nisbətdə soyuq, soyumuş quru səthinə nisbətdə isti olur. Səth örtüyünün xarakterindən asılı olaraq havanın təzyiqi dəyişir. İsti səth üzərində yüngül hava (alçaq təzyiq sahəsi), soyuq səth üzərində agır hava (yüksək təzyiq) yaranır. Təzyiq fərqi havanın yerdəyişməsinə səbəb olur. Hava axını yaranır. Dənizsahili ərazilərdə bu səbəbdən istilik balansı daim tənzimlənir. Hava mübadiləsi okeandan quru üzərinə böyük miqdarda rütubətin daxil olmasını təmin edir. Oxşar funksiya buludlar üçün də keçərlidir. Buludlar günəş şüalarının bir qismini səpələyərək Yer səthini çox qızmaqdan qoruyur. Eyni zamanda Yerin istiliyinin də fəzaya dağılmasının qarşısını alır, sanki yorğan kimi istiliyi qoruyub saxlayır. Elə buna görədir ki, tropik səhralarda buludlulugun olmaması səthin gündüz çox qızmasına, gecə çox soyumasına gətirib çıxarır. Suyun sanitariya-gigienik əhəmiyyəti var. Məişətimizdə su mühüm yer tutan təmizlik vasitəsidir. Lakin bununla bitmir. Axar su özü özünü təmizləmək xüsusiyyətinə malikdir. Çaylara tökülən çirkab suların müəyyən hissəsinin suyun bu xassəsinin hesabına çirklənmə dərəcəsi qismən azalır. Biz təbiətdə suyn çox zaman dinamik, hərəkətli vəziyyətinin şahidi oluruq. Durgun, hərəkətsiz su ölü su adlanır. Belə suyun tərkibində oksigen azalır, su yararsız hala düşür. Ən keyfiyyətli su şəlalələrin suyu hesab olunur. Hündür yerdən tökülən su oksigenlə zənginləşir. Odur ki, canlılar, əsasən də quşlar durğun sudan yox, axar sudan içməyə üstünlük verirlər. Müxtəlif temperaturda, müxtəlif tərkibdə olan su müxtəlif xarakterli olur. Məsələn Cəbəllüttariq boğazında Aralıq dənizinin suyu ilə Atlantik okeanının suları müxtəlif duzluluq dərəcələrinə malik olduqları üçün bir-birinə qarışmır. Bab əl Məndəb boğazında Ədən körfəsi suları ilə Qırmızı dənizin suları bir-birinə qarışmır. Bu barədə müqəddəs kitab Quranda qeyd olunur. "İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır. Bir - birinə qarışmazlar. (Rəhman surəsi: 19; 20- ci ayələr). Okeanoloqların müasir tədqiqatları bütün dənizlərin suyunun okean suyu ilə fərqli duzluluga malik oldugu üçün müxtəlif fiziki-coğrafi xüsusiyyətlərə malik olduqlarına görə bir-biri ilə qarışmadıgını aşkarladı.

Müasir dövrdə yenilikləri qəbul etmək, stereotipləri qırmaq kimi keyfiyyətləri olan elm adamları suyun "mənəvi" xüsususiyyətini aşkarladılar. Yapon alimi Masaru Emoto on illik tədqiqatların nətisələrini ictimaiyyətə açıqladı. Sensasiya yaradacaq açıqlamalarında suyun informasiya almaq qabiliyyətinin oldugunu isbatladı. Emoto su molekullarının mühitə görə düzülüşünün dəyişdiyini dedi. O, Alp daglarının, Kanada buzlarının və adi çirkab suyun molekul quruluşunu müqyisə etmiş, klassik musiqi və agır rok musiqilərinin suda yaratdıgı dəyişkənlikləri müşahidə etmişdir. Emoto Masori su molekullarının klassik musiqinin sədaları altında necə harmonok düzülüşünü və metal rok musiqisində necə xaotik, nizamsız hala düşdüyünü müşahidə etmişdir. Rusiyalı tədqiqatçı Yuri Raxmanin də su üzərində apardıgı təcrübələrindən bu nəticəyə gəlmişdir ki, su hadisələri öz yaddaşında saxlayır. Nəzərə alsaq ki İnsan bədəni 85% sudan ibarətdir o zaman düşüncələrimizin, zövqümüzün, hadisələrə necə reaksiya verməyimizin bədənimizdəki suyn təsr gücündən ola biləcəyi istisna deyil.. Suyun bizim həyatımızı idarə edəcək qədər vacib hakim qüvvə oldugu və bir çox həqiqətlərin suda gizli qaldıgı, okeanların nəhəng informasiya yığını oldugu kimi aglasığmaz düşüncələr möcüzə dolu suya heyranlıq yaradır.
Uşaqlıqdan bəri həmişə qarın yagmasını səbirsizliklə gözləyərdim. Qar dənələrinin vurgunu idim. Saatlarla bu mənzərəyə tamaşa etməkdən yorulmurdum. Qar dənəcikləri yerə düşən kimi əriyib öz gözəlliyini itirirdilər. Səbəbi məlumdur. Temperatur fərqi qarı suya çevirirdi. Amma indi mənə daha bir həqiqət məlumdur. Qar dənəcikləri göylərdə saf bir mühitdə, gözəllik məkanında əsrarəngiz yaranır.
Yuuxunu suya danışmaq, səfərə gedənin arxasınca su atmaq, yagışın yagması üçün dualar etmək. Bütün bunların əslində hansısa mifik yox, demək ki həqiqi əsası varmış. Su ilə əsası qoyulmuş insan suyun qəniminə çevrilmişdir bu gün. Qurudakı su hövzələri, okeanların müəyyən hissəsi sənaye tullantılarl ilə və çirkab sularla çirklənmişdir. Bu qədər əhəmiyyəti olan suya ögey münüsibət yolverilməzdir. Gəlin bizə təbiətin bəxş etdiyi bu əvəssiz nemətin qədrini bilək.

 Epstemologiya -- məlumatın fəlsəfəsi

  Antik alimlərdən   bu günümüzün elm adamlarına qədər  metafizika ilə  maraqlananların  məlumatla bağlı  düşüncələri -- mümkün ola bilməyəcək məlumat,  məlumatı təkzib, inkar edən məlumat və s. prblemlər məlumatın fəlsəfəsini meydana gətirdi.  Bilik nədir sualından qaynaqlanıb, fəlsəfənin bir qolu hesab edilən "Epistemologiya" elmi yarandı.  Qədim Yunan dilində  "epistemo"- bilik, "loqos-elm" sözlərinin birləşməsi olan elm --epistemologiya, fəlsəfənin bir qolu kimi  elmi -məntiqi araşdırma sahəsi olaraq bu gün də  aktuallığını qoruyur.
        Epistemologiyaya mətbuatımızda çox az rast gəlsək də əslində günümüzdə ən  vacib sayılan  elmldir.  İnsanları maraqlandıran, öz  elmi sübutunu tapmamış bir çox sahələr var ki, əslində çox böyük maraq əhatəsi olaraq mətbuata, sosial şəbəkələrə nüfuz etmişdir.  Məsələn parapsixologiya, paralel dünya ,başqa planetlilər anlayışları  və s. digər maraq yaradan mövzular əlbəttə  birmənalı qarşılanmayan məlumatlardır.  Ağıla sığmayan mövzular, ölüm və axirət, fövqəlbəşəri varlıqlar  və diğər mistika saydığımız mövzular əslində bəşər tarixinin heç bir dönəmində insanın etinasız qalmadığı mövzulardır.  Hər hansısa sahədə əldə etdiyimiz və ya edə bilmədiyimiz məlumatlar  və onların doğru olub olmadığı şübhəsi daim  cəmiyyətdə maraq dairəsi yaradıb.  Heç şübhəsiz ki, məlumatlar hər zaman eyni münasibətlə qarşılanmır . Təbiidir ki, şübhələr olur, təkzib olur.  Nəticədə məlumatın  ağılla çəkişməsində məntiqə yol aça bilən fəlsəfə- "Epistemologiya"   elmə hakim qüvvə kimi  nüfuz edir.
        Epistemologiya məlumatın xarakteri, əhatə dairəsi və qaynağı ilə  maraqlanan  fəlsəfi düşüncələri özündə əks etdirən bir elm sahəsidir. Kainatın təməl maddəsinin nədən ibarət olması kimi fikirlər bir çox alimləri düşündürdüyü, fərqli fikirlərin yarandığı, elmi mübahisələrin  həqiqətin nədən ibarət olduğunu düşünən alimlərin fikirləri epistemoloji  fikir ayrılıqları yaratdı, elmi çəkişmələrə səbəb oldu  və epistemologiyaya müxtəlif  arqumentlərlə baxış formalaşdırdı. Məsələn  "Sofizm", Rasionalizm"(ağıl), "Emprizm"(təcrübələr), "Analitik fəlsəfə" "Məntiq fəlsəfəsi"  və s.
        Bildiyimizi nə qədər bilə bilərik. Yəni  məlumatın sərhədləri hara qədər ola bilər. İnsan  hər hansı məlumatı  hara qədər öyrənə bilər. Hər hansı bildiyimiz məlumatı bildiyimizdən nə qədər əmin ola bilərik  və bu məlumatı bildiyimizi hardan bilirik.  Yaranan bu kimi suallar məlumatı fəlsəfiləşdirdi. Məlumatın doğru ya səhv olması ona müxtəlif  fəlsəfi yönlərin baxışlarını yaratdı. Məlumatın fəlsəfəsi, yəni epistemologiyanın doğruluq, həqiqət, təməl, məntiq kimi vacib keyfiyyətləri vardır.  Məsələn məlumat mifik dediyimiz təsəvvürlərə əsaslanırsa epistemoloji olaraq bu keyfiyyətlər baxımından araşdırılar, ortaya atılan problem isbat edilməyəcək kimi qalacaqdır. 
     İnsanlar yarandıqları gündən bəri məlumatlar əhatəsindədirlər. Yaşadığımız zaman isə məlumatsız heç təsəvvür etmək mümkün deyil. Hər bir insanın hər gün ən azı iki- üç saatı məlumatlar əldə olunmasına sərf olunur.  Demək olar ki məlumat bizim üçün aldığımız nəfəs kimi vacib olmuşdur. Hər nə qədər bilik, məlumat əldə etməyə maraqlı olan insanlar heç zaman məlumatdan  doymaz, özünü həmişə məlumatsız hesab edər.  Bu səbəbdən də elmlə məşğul olan insanlar daim öyrənmək , məlumatlanaq kimi müsbət keyfiyyətə malikdirlər.  Bizim üçün  məlumatlar, əldə olunan bilik  həyatımızın vacib şərtidir. Məlumatlara maraq insana aid olan vacib xüsusiyyətdir. Həmçinin məlumata münasibət . Lakin  əgər məlumatlara  "mümkün deil", "ola bilməz", kimi şübhələrlə yanaşsaq o zaman məlumatdan uzaqlaşıb  daha da məlumatsızlığı seçirik. Maraq göstərib fikrimizi yönəldib öyrənməyə çalışdığımızda isə mütləq  hər hansı nətisələr əldə etmək şansı olur. Ona görə də ağlasığmaz dediyimiz məlumatları belə epistemoloji cəhətdən  vacib sayaraq  araşdırmaq lazımdır.  Məlumatlar xarakterik xüsusiyyətlərlə  aşağıdakı kimi bölmələrə ayrılır. Gündəlik məlumatlar  ( hər gün raslaşdığımız və təkrar olan), texniki məlumatlar (məsələn  dairənin 360; üçbucağın 180 dərəcə olması kimi ), dini məlumatlar( müqəddəs kitablarda yazılanlar) , fəlsəfi  biliklər (kainatı, varlığı, insanı, dəyəri məntiqi cəhətdən  və kompleks anlamaq, dərin dərk edib idraki-fəlsəfi izahı olan üstün bir biliklər).
     Bizim hər gördüyümüz əşyalar, rastlaşdığımız hadisələr, hər an üzləşdiyimiz nə varsa  onları bizim üçün  məlumata çevirən düşüncələrimizin məhsulu olan bilikdir. Gördüklərimiz, hiss etdiklərimiz o zaman məlumatımıza çevrilir ki, fikirlərimiz onlara  sərf olunur və beyin məhsulu yaranır. Deməli insan üçün   məlumata çevrilən nə varsa  onun diqqətini çəkməlidir. Əsl “ beyin həmləsi” yaratmalıdır.
   Məlumatın doğruluğu  da nisbətlə ölçülə biləndir.  Məsələn  güclü hesab etdiyimizdən daha güclüsü vardır, yaxud zəif hesab olunandan daha zəifi vardır. Çətin hesab etdiyimiz kiməsə asan gələ bilər və məlumatımız etibarsız sayılar.  Gözəl hesab etdiyimiz bizə görə gözəl ola bilər və s. Məlumatın doğruluğu keçərli  olmaya bilər. Məsələn bizim yerlərin iqliminə görə  yağıntılar əsasən qış aylarında düşür  və bu ərazinin sakinləri  üçün bu məlumat keçərlidirsə subekvatorial iqlimə və ya musson iqlimə görə yağışlar yayda düşdüyü üçün  “yağıntı əsasən qışda düşür” məlumatı doğru deyil.
  Məlumatın yaranmasında öyrənən ilə öyrənilən arasında  düşünmə, anlama, açıqlama, qiymətləndirmə və s. kimi vacib elementlər  əldə olunan məlumatı emal etməyə çalışmalı və məlumatın aktları çıxarılmalıdır. Aktı olmayan məlumatlar mövhumat,  cəhalətlə əlaqələndirdiyimiz məlumatlardır. Məsələn səbr gətirməklə işlərin düzəlməsi, stolun küncündə oturmağın ziyanı və s. Belə  xalq arasında olan deyimlərin hər hansı elmi əsası  yoxdur . Lakin  epistemoloji olaraq  bu məlumatların da fəlsəfəsi ola bilər.  Bu da  məlumatın araşdırılmasına bağlıdır. 
     Elmin bir çox nailiyyətləri ağlasığmaz, təəccüb doğuran, heyrətə gətirən məlumatları əldə etməkdədir.  Kosmosda nəhəng teleskoplarla müşahidə olunan  qara dəliklər tədqiq olunduqca ortaya çıxan elmi kəşflərin, kvant fizikasının inkişafı ilə bağlı  paralel dünyaların ola biləcəyi haqqında düşüncələrin, gözəgörünməzliyin, nanotexnologiyanın inkişafının xərçəngi belə müalicə etməsinin mümkünlüyü  artıq absurt deyil, izahı olan tədqiqat sahələridir.  Bu  məlumatlara  epistemoloji baxımdan yanaşılması,  əldə olunan  biliklərdən  doğan  daha çox fikirlərin meydana gəlməsi ilə,  yeni- yeni kəşflərin yaranması  ilə nəticələnir.
          Məlumat bolluğu yaradan əsas vasitələrin  internet resursları , sosial şəbəkələr olduğunu bilirik  və gənclərimizin  daha çox istifadəsinin də şahidiyik.  Hər an şagirdlərimizin  epistemoloji - fəlsəfi məlumatlarla bağlı  sualları ilə üz- üzə qalmaq kimi bir  vəziyyəti düşünəndə  zəmanəsinin insanı olmaq, məlumatlar xəzinəsinin açarını əldə etməyə çalışmaq  kimi  keyfiyyətin  birinci olaraq təhsil sahəsində çalışanlarda görülməsinin  vacibliyini qaçılmazdır.
      
    

   Zamanın fövqündə

 Zaman, məkan, maddə anlayışları yaradılmışların yaşamının tərzi-ahəngidir. Zamanla, məkanla, maddi əsasla yaranan insanın düşüncələri, təsəvvürləri, dərketmə səviyyəsi bu anayışlara tabedir. İnsanın fiziki və mənəvi fəaliyyətnin zaman, məkan, maddə təsirindən, hökmündən çıxmaq vərdişləri, imkanları, yoxdur. İnsanın inamında yaranan yanlışlıqlara aparan da bu səbəblər daxilindədir. Belə ki insan gördüklərinə, eşitdiklərinə, toxuna bildiklərinə inanır. Təsəvvür etdiyinin təsviri də gördüklərinin, eşitdiklərinin, hiss etdiklərinin çərçivəsində yarana bilir. Təsəvvür edək ki, bizim görmə, eşitmə, hissetmə və s. qabiliyyətlərimiz yoxdur. O zaman bizə elə gələcək ki, heç nə yoxdur və biz tamamilə boşluqdayıq. İnsan beyninin ölçüsü ilə sonu olmayan saydıgımız kainatın ölçüsünü müqayisəsini təsəvvür etməyə cəhd etsək bunun mümkün olmayacağı mütləqdir. Belə olan halda insan hara qədər eşidə, görə bilər. Nə qədər aciz oldugu ortada. "İnsan Allahın ona izn verdiyi qədər öyrənə bilər" (Ayətəl- Kürsü duası) Bilmədiklərimizin nə qədər olduğu bizim təsəvvür iddiamız belə ola bilməz.Maddə, zaman, məkan və onları düymaq üçün olan hissetmə qabiliyyətləri əslində aldadıcıdır. Çünki kainat heçdən yarandı. Maddələr molekullardan, molekullar atomlardan, atomlar neytronlardan, elektronlardan və protonlardan təşkil olunmuşdur. 20 il bundan əvvələ qədər maddələrin ən kiçik ölçülü vahidi olaraq neytronlar, elektronlar və protonlar hesab olunurdu. Artıq alimlər proton, elektron və neytronların da kvark adlanan ən kiçik maddə vahidindən təşkil olunduğunu sübut etdilər. Maddələrin əsasını təşkil edən kvark əslində heç bir maddi əsas nümayiş etdirməyən boşluqdan, yəni heçdən ibarətdir. Yəni toxuna bildiklərimiz, eşitdiklərimiz, gördüklərimizin əslində maddi əsası "heç" dən yaranmışdır. "Göyləri və Yeri yoxdan var edən O-dur. Nə istəsə "ol" desə olasıdır".(Baqara surəsi 117-ci ayə)Hələ Xl əsrdə yaşamış qərbdə Avisenna kimi tanınan İbn Sina kainatın böyük partlama nəticəsində yaranması finkini irəli sürmüşdü. Albert Eynşteyn "Nəzəri Fizika" sahəsində apardığı riyazi hesablamalara əsasən kainatın sabit olmadığı və genişləndiyi nətisəsinə gəlmişdi. Lakin o zamankı sabit kainat anlayışının əleyhinə getmək hələ tez oldugunu düşünüb bu sahədə apardığı hesablamalarını bir kənara qoymuşdu.Müasir tədqiqatlar kainatın böyük partlayışla yoxdan yaranmasını sübut etdi. Elm adamlarının yekdilliklə qəbul etdikləri "Biq-banq" (Böyük partlayış) nəzəriyyəsinə əsasən Kainat 0 nöqrəsindən başlanan çox böyük enerji ilə meydana gələn böyük partlama nəticəsində əmələ gəlmişdir. Elm yaranışın 0 - dan başlandığını qəbul etsə də bu məchullugun, "heç nəyin" elmi açarını tapmaqda çox aciz olduğunu da qəbul edir. Çünki insan onun dərketmə səviyyəsində olan elmin açarını tapmaq iqtidarındadır. Heçdən yaradan sonsuz güc sahibinin əsərinin mənşəyini tapmaq istəmək yumuşaq desək insanın imkanı xaricindədir.  Allah nəzərlərini kiçik bir zərrə üzərinə cəmlədi. Zərrə O-nun nəzərlərinə tab gətirməyərək çox böyük enerji ilə partladı. Kainat yarandı. "Biz goyü qüdrətimizlə yaratdıq, və biz onu genişləndirməkdəyik" (Zariyat surəsi: 47-ci ayə).  1929-cu ildə ildə Kaliforniyada Mont Vilson rəsədxanasında çox böyük teleskopla müşahidə aparan Edvin Habbl kainatın genişlənməsini ulduzların rəngi ilə təyin etdi. Ulduzların qızılı rəngli görüntüsü onu belə nəticəyə gətirmişdir. Çünki fizika qanunlarına görə müşahidə nöqtəsindən uzaqlaşan işığın rəngi qızılı, müşahidə nöqtəsinə yaxınlaşan işığın rəngi isə narıncı rəngə çalır. Habbl ulduzların bir-birindən uzaqlaşdığını müşahidə etdi. O, kainatın fasiləsiz olaraq genişlənməsinin mütləq bir həqiqət oldugunu müşahidələri əsasında təsdiqlədi. Böyük partlama reallaşan zamanda maddələr çox böyük sürətlə bir-birindən uzaqlaşmağa başladılar. Əgər uzaqlaşma mövcud sürətindən az olsaydı bu partlama genişlənərək ulduz sistemlərini, kainat ənginliklərini yaratmaq əvəzinə təkrar içinə çökərdi. Başqa tərəfdən əgər mövcud sürətindən daha böyük sürətlə hərəkət etsəydi uzaqlaşma sürəti yenə kainatı yaratmaq əvəzinə heç nə qalmayana qədər dağılıb yox olardı. Yəni kainatın yaranması bu qədər həssaslığa malik dəqiqliklə mümkün olmuşdur. Özbaşına yaranması mümkün deyildir. Partlama hadisələrinin dağıdıcı olduğunu bilirik. Kainatı yaradan bu partlama isə Xaliqin yaratdığı əsrarəngiz gözəlliklərin yarandığı gözəl partlamadır.  Zaman anlayışı nisbidir. Yəni məkana görə dəyişir. Şəraitə görə dəyişən zaman kütlə və sürətə görə müxtəlif ölçülərə malik dəyişkənlik qanunauyğunluğuna tabedir. Albert Eynşteyn "Nisbilik" nəzəriyyəsində zamanın nisbiliyini təsdiq etmiş, onun kütləyə və sürətə görə dəyişdiyini sübut etmişdir. Məsələn yaşadığımız Yer kürəsində 1 sutka 24 saatdırsa, Merkuridə bu müddət 88 Yer sutkasına, Venerada 243 Yer sutkasına bərabərdir. Yupiterdə isə bir gün 9 saat 50 dəqi yer vaxtına uyğun gəlir. Yerin peyki olan Ayda isə bir gün yerin bir ayına bərabərdir. Quran 1400 il bundan əvvəl açıq şəkildə zamanın nisbiliyinə işarə etmişdi. "Rəbbinizin dərgahında 1 il sizin saydıqlarınızın 1000 ili kimidir. (Həcc surəsi 47-ci ayə) Bu ayədən məkan anlayışını ortaya gətirsək fərqin nə qədər böyük olduğunu görərik.  "Göylərin və Yerin mülkü O-nundur. O-na mülkündə ortaq yoxdur. Hər şeyi yaratmış, ona bir düzən vermiş, bəlli bir ölçü ilə təqdir etmişdir". (Furqan surəsi 2-ci ayə) "Bəlli bir ölçü" ifadəsi kainatın sonu və başlangıcı olduguna işarə ola bilər.Qeyri-adi dəqiqliklə nizama tabe olan nəhəng səma cisimlərinin yaratdığı sistematik quruluş, harmonik dinamika, aralarındakı sevgi (cazibə) maddə quruluşunun eynisidir.Yaradanın zamanı, məkanı yoxdur. Çünki zamanı, məkanı da "O" yaratdı.  Zamana, maddəyə aldanan insanın elm saydığı bildikləri yaradılışla müqayisədə heçdir. Çünki Allahın elmi insan beyninə sığmayandır. Dərketmə səviyyəsinin sərhədləri ilə hüdüdlanamayandır.Allah nə sonu olan, nə başlanğıcı olandır. Maddi deyil, zamansızdır, məkansızdır      



Təkamül əfsanəsi 

Həyatın mənbəyi nədir? Canlılar necə yarandı? Bu sualiar bəşər tarixi boyunca insanları daim düşündürmüş və aktual bir mövzu kimi günümüzdə də mübahisə obyekti olaraq qalmaqdadır. Hələ eramızdan 5000 il əvvəl qədim Mesopotamiyada bütpərəstliyin hakim oldugu bir dövrdə "Təkamül" nəzəriyyəsinin ibtidai forması mövcud idi. "Enyume iliş" adlandırılan bu nəzəriyyəyə görə həyatın mənşəyi suda yaranmış ,tədricən quruya da yayılmışdır. Bu nəzəriyyənin inkişaf prosesi sonralar Yunanıstanda "Materializmin" yaranması ilə davam etdirildi. Məqsədi müqəddəs kitablarda yazılanları inkar etmək olan, materialist çıxışları ilə az elmi olan insanlara təsir etməklə "Ateizmin" yaranmasına və inkişafına təkan verənlər öz istədiklərinə nail ola bildilər. Ateizmi dəstəkləmək üçün də müəyyən bir ideologiyanın yaranması ehtiyacı duyulurdu. Beləliklə Jan Batist Lamark müasir Təkamülün təməlinini qoydu. O öz davamçısına daha çox inanırdı. Bu Çarlz Darvin idi. Darvinin 1859-cu ildə İngiltərədə "Növlərin mənşəyi" adlı kitabı çap olundu. Kitab həvəskar bioloq tərəfindən hər hansı bir elmi kəşflərə, sübutlara əsaslanmayan, fantaziyalar, ehtimallar üzərində yaranan nəzəriyyələr toplusu idi. Cansız atomlar tərəfindən təsadüfən canlı hüceyrə yarandı, bu hüceyrədən də təkamül prosesində digər canlılar və bu canlılar da dəyişkənliyə ugrayaraq növlər yarandı. Daha sonra canlılar arasında yaşamaq ugrunda amansız, mərhəmətsiz mübarizədə zəiflər məhv olaraq sıradan çıxdı. Güclülər isə həyatda qaldı. Yəni yaranış bu qədər bəsit imiş. Darvin növ dəyişkənliklərini iki tipə ayirdı. Müəyyən və qeyri -müəyyən dəyişkənliklər. Müəyyən dəyişkənliklər xarici mühitin təsirinə məruz qalaraq uygunlaşma reaksiyaları olan, qeyri müəyyən dəyişkənliklər isə xarici mühit amillərinin yaratdıgı lakin uygunlaşma xarakteri olmayan dəyişkənliklər -- mutasiya nəticəsində yaranan pozulmalara aid etdi. Mutasiya DNT molekuluna olan hər hansı bir təsirn nəticəsində baş verən prosesdir. Mutasiya nəticəsində təkamül baş verə bilməz. Çünki mutasiya dağıdıcıdır , yaradıcı deyil. Təkamülçülər həyatın yaranmasının kortəbii, öz-özünə təsadüfən yarandıgını iddia edirlər. Yaşadıgımız həyatda özbaşınalıgın, intizamsızlıgın, xaosun heç nə yaratmadıgı, əksinə dagıtdıgı həqiqəti bizə məlumdur. Elə məhz təkamül nəzəriyyəsinin qondardıgı qaydalara görə XX əsrin əvvəllərində baş verən inqilablar milyonlarla insanın ölümünə səbəb oldu. Təbii seçmə sindromu zamanın amansız qanunları ilə ayaqlaşıb bolşevik qanunlarını qəbul edənlərin həyarda qalması, qəbul etməyənlərin isə məhv olmasına gətirib çıxardı. Darvin insanların arasında irqçilik toxumu da səpdi. O, asiyalıların və afrikalıların zəif təkamül etdiklərini iddia edir və irqçilik ənənələrini möhkəmləndirməyə xidmət edirdi. Fosillər Darvin nəzəriyyəsinin cəfəngiyyat oldugunu sübut etdi. Fosil daşlaşmış bitki və heyvan qalıgıdır. Canlı ani vaxt ərzində qum və ya torpaq altında qalaraq hava ilə əlaqəsi kəsilir. Təbii şərtlərlə bərk toxumalar daşlaşır və öz görkəmini milyon illər boyunca saxlayır. Müxtəlif canlıların fosil nümunələrinin eyni yaşda oldugu ortaya çıxdı. Təkamülçülərə görə bir birindən törəyərək yaranan canlılar müxtəlif dovrlərdə yaranmış olmalı idilər. Darvinin uydurmalarına gorə zürafə ceyranların agac yarpaqları ilə qidalanmaq üçün boyunu uzatmaq məcburiyyətində qalması ilə yaranmışdır , yaxud sürünənlər qanadlanaraq quşlara çevrilmişlər. Darvin özü də ideyasının məntiqsizliyini sübut edən "Nəzəriyyəmin çətinlikləri" əsərində əgər aralıq növ skleti tapılmadısa yəni yarı ceyran yarı zürafə fosilinə rast gəlinmirsə bu nəzəriyyə özünü dogrultmadı deyə qeyd etmişdi. Çox mükəmməl elmi tədqiqat cihazları, mikrobiologiya, genetika, paleontplogiya və yüksək inkişaf əldə edən elm sahələri sübut edir ki, belə bir mükəmməliyə sahib olan hüceyrə öz-özünə yarana bilməz. Hüceyrə tərkibindəki DNT molekulunda olan funksiyalar ABŞ da olan dünyanın ən böyük kompüterindən iki dəfə çox yəni saniyədə 330 trilyon əməliyyat keçirir. Milonlarla böyüdüldükdən sonra gözə görünən hüceyrənin strukturunu nəhəng sənaye şəhərləri olan meqalopolislərlə müqayisə edirlər. Hüceyrəyə yüklənən məlumatlarla milyon səhifəlik kitab yazmaq mümkündür. Deməli ÇOX ÜSTÜN AGIL, FENOMEN BİR GÜC SAHİBİ --- KONSRUKTOR VAR. Bütün mövcudiyyət O-nun əsəridir.Darvin heş bir elmi kəşfə imza atmadı. Təkamül elm deyil çürük, məntiqsiz idealogiya, fərziyyə, nəzəriyyə və nəhayət qorxulu bir nağıl idi. Bir çoxlarının fikirlərinin zombiləşməsinə, çürük ideyaların yaranmasına səbəb olan bu nəzəriyyə artıq süqut etmişdir.  


 Ürəkdə yanan işıq 

(hekayə)


      Fevral ayının ortaları idi. Soyuq, şaxtalı bir hava var idi. Kəndin işıqları yenə sönmüşdü. Hər tərəfə qaranlıq çökmüşdü. Bəhram yenə qanıqara halda çırağı axtarırdı. Çıraq işıgına da olsa dərslərini hazirlamalı idi.
    Bəhramgilin yaşadığı kənd  rayon mərkəzindən uzaq ucqar bir yerdə yerləşirdi. Tez-tez işıqlar sönürdü.  Amma o kəndi çox sevirdi.  Yayda uşaqlarla çayda çimməyin, baliq tutmagın öz gözəlliyi vardı.
    Bəhram,anası və nənəsı bura Xocalı dəhşıtindən so
      Fevral ayının ortaları idi. Soyuq, şaxtalı bir hava var idi. Kəndin işıqları yenə sönmüşdü. Hər tərəfə qaranlıq çökmüşdü. Bəhram yenə qanıqara halda çırağı axtarırdı. Çıraq işıgına da olsa dərslərini hazirlamalı idi.    Bəhramgilin yaşadığı kənd  rayon mərkəzindən uzaq ucqar bir yerdə yerləşirdi. Tez-tez işıqlar sönürdü.  Amma o kəndi çox sevirdi.  Yayda uşaqlarla çayda çimməyin, baliq tutmagın öz gözəlliyi vardı.    Bəhram,anası və nənəsı bura Xocalı dəhşıtindən so      Fevral ayının ortaları idi. Soyuq, şaxtalı bir hava var idi. Kəndin işıqları yenə sönmüşdü. Hər tərəfə qaranlıq çökmüşdü. Bəhram yenə qanıqara halda çırağı axtarırdı. Çıraq işıgına da olsa dərslərini hazirlamalı idi.    Bəhramgilin yaşadığı kənd  rayon mərkəzindən uzaq ucqar bir yerdə yerləşirdi. Tez-tez işıqlar sönürdü.  Amma o kəndi çox sevirdi.  Yayda uşaqlarla çayda çimməyin, baliq tutmagın öz gözəlliyi vardı.    Bəhram,anası və nənəsı bura Xocalı dəhşıtindən sonra gəlmişdilər. Atası ermənilərlə döyüşdə həlak olmuşdu. Yaxın qohumlar hamısı öldürülmüşdü.  Nənəsi də oğlunun ölümündən sonra çox yaşamadı. Bəhram o vaxt çox balaca idi. Olanlar yadinda az qalmışdı. Amma qonşuları Rəsmiyə xalanın meyidinə sarılıb " Tez ol ana, dur gedək" deyən balaca  qızını unuda bilmirdi.Qız anasını qucaqlayıb yanında uzanmışdı. Görəsən onu öldürdülər? Axı ermənilər çox yaxında idilər deyə həmişə fikirləşirdi.
 - Ay bala, lampadan ehtiyatlı ol. Sürüşər düşər yerə evimiz yanar. Bu qışın günü qalarıq çöllərdə.
Anası həmişə belə vahiməli danışırdı.Bəhramın xoşuna gəlməsə də anasına haqq qazandırırdı. Axı çox əziyyətlər görmüşdülər. Xocalıda iki mərtəbəli, baglı- bagatlı evləri vardı. Ermənilər yandırdilar. İndi yaşadıqları evin də kənd camaatı sag olsun tiilməyinə kömək ediblər.  Ev itirmek qorxusu təqib edir sanki ananı.
  -Heç nə olmaz, anacan
  Dedi və dolabdan kitablarını götürmək üçün ayaga qalxdı. Ehtiyatsızlıq edib stola toxundu. Stolun üstündəki çıraq yerə düşdü. Neft yerdəki xalçanın üzərinə dagıldı . Xalça alova büründü. Elə bu vaxt anası da otaga daxil oldu. Dəhşət içində böyümüş gözlərini döşəməyə zilləmişdi. Ana çaşıb qalmışdı. Ürəyindən Bəhramı danlamaq keçsə də amma indi yeri deyildi. Təlaş içində, ürəyində qara fikirlərlə su dalınca qaçdı. Dəhşətli fikirlər əlbəttə onu rahat buraxmırdı.  ”Evim yanacaq, harda qalacam?  Axı niyə başımıza bu müsibətlər gəlir” Əlində vedrə özünü evə çatdırdı. Otaga daxi olanda gözlərinə inanmadı.  Yangından əsər-əlamət yox idi. Sanki bir qədər əvvəl olanlar heç olmamışdı. Donub qalmışdı. Güclə dilə gəldi:
-- Sən söndürdün alovu? Bunu necə elədin?
-- Hə ana.
Bəhram altıncı sinifdə oxuyurdu. Çox bacarıqlı oglan idi. Müəllimlər ondan razi idi.Yangın zamanı özünü itirmədi.Cografiya dərsindən ;Atmosfer; bəhsini keçəndə müəllimindən öyrənmişdi ki, oksigen yanmaya kömək edir.Bəhram alovun oksigenlə əlaqəsini əsmək üçün divanın üstündəki örtüklə yanan xalçanın üzərini örtmüşdü.
Ana oglunu bagrına basdı . Srvincindən uçurdu . Artıq ürəyinə gətirdiyi qara fikirlər getmiş yerinə parlaq işıq gəlmişdi. Bu işıq ananın oğlunun gələcəyindən süzülüb gəliən işıq idi.
   Bir azdan kəndin işıqları da yandı. Bu işıqları yandıran da sanki ananın ürəyində yanan işıgın gücü idi. Yox  amma ... bu işıq  etimad, güvən, rahatlıq işıgıdır.  Heç nə ilə müqayisə edilməz!
 - Ay bala, lampadan ehtiyatlı ol. Sürüşər düşər yerə evimiz yanar. Bu qışın günü qalarıq çöllərdə.Anası həmişə belə vahiməli danışırdı.Bəhramın xoşuna gəlməsə də anasına haqq qazandırırdı. Axı çox əziyyətlər görmüşdülər. Xocalıda iki mərtəbəli, baglı- bagatlı evləri vardı. Ermənilər yandırdilar. İndi yaşadıqları evin də kənd camaatı sag olsun tiilməyinə kömək ediblər.  Ev itirmek qorxusu təqib edir sanki ananı.  -Heç nə olmaz, anacan  Dedi və dolabdan kitablarını götürmək üçün ayaga qalxdı. Ehtiyatsızlıq edib stola toxundu. Stolun üstündəki çıraq yerə düşdü. Neft yerdəki xalçanın üzərinə dagıldı . Xalça alova büründü. Elə bu vaxt anası da otaga daxil oldu. Dəhşət içində böyümüş gözlərini döşəməyə zilləmişdi. Ana çaşıb qalmışdı. Ürəyindən Bəhramı danlamaq keçsə də amma indi yeri deyildi. Təlaş içində, ürəyində qara fikirlərlə su dalınca qaçdı. Dəhşətli fikirlər əlbəttə onu rahat buraxmırdı.  ”Evim yanacaq, harda qalacam?  Axı niyə başımıza bu müsibətlər gəlir” Əlində vedrə özünü evə çatdırdı. Otaga daxi olanda gözlərinə inanmadı.  Yangından əsər-əlamət yox idi. Sanki bir qədər əvvəl olanlar heç olmamışdı. Donub qalmışdı. Güclə dilə gəldi:-- Sən söndürdün alovu? Bunu necə elədin?-- Hə ana.Bəhram altıncı sinifdə oxuyurdu. Çox bacarıqlı oglan idi. Müəllimlər ondan razi idi.Yangın zamanı özünü itirmədi.Cografiya dərsindən ;Atmosfer; bəhsini keçəndə müəllimindən öyrənmişdi ki, oksigen yanmaya kömək edir.Bəhram alovun oksigenlə əlaqəsini əsmək üçün divanın üstündəki örtüklə yanan xalçanın üzərini örtmüşdü.Ana oglunu bagrına basdı . Srvincindən uçurdu . Artıq ürəyinə gətirdiyi qara fikirlər getmiş yerinə parlaq işıq gəlmişdi. Bu işıq ananın oğlunun gələcəyindən süzülüb gəliən işıq idi.   Bir azdan kəndin işıqları da yandı. Bu işıqları yandıran da sanki ananın ürəyində yanan işıgın gücü idi. Yox  amma ... bu işıq  etimad, güvən, rahatlıq işıgıdır.  Heç nə ilə müqayisə edilməz! - Ay bala, lampadan ehtiyatlı ol. Sürüşər düşər yerə evimiz yanar. Bu qışın günü qalarıq çöllərdə.Anası həmişə belə vahiməli danışırdı.Bəhramın xoşuna gəlməsə də anasına haqq qazandırırdı. Axı çox əziyyətlər görmüşdülər. Xocalıda iki mərtəbəli, baglı- bagatlı evləri vardı. Ermənilər yandırdilar. İndi yaşadıqları evin də kənd camaatı sag olsun tiilməyinə kömək ediblər.  Ev itirmek qorxusu təqib edir sanki ananı.  -Heç nə olmaz, anacan  Dedi və dolabdan kitablarını götürmək üçün ayaga qalxdı. Ehtiyatsızlıq edib stola toxundu. Stolun üstündəki çıraq yerə düşdü. Neft yerdəki xalçanın üzərinə dagıldı . Xalça alova büründü. Elə bu vaxt anası da otaga daxil oldu. Dəhşət içində böyümüş gözlərini döşəməyə zilləmişdi. Ana çaşıb qalmışdı. Ürəyindən Bəhramı danlamaq keçsə də amma indi yeri deyildi. Təlaş içində, ürəyində qara fikirlərlə su dalınca qaçdı. Dəhşətli fikirlər əlbəttə onu rahat buraxmırdı.  ”Evim yanacaq, harda qalacam?  Axı niyə başımıza bu müsibətlər gəlir” Əlində vedrə özünü evə çatdırdı. Otaga daxi olanda gözlərinə inanmadı.  Yangından əsər-əlamət yox idi. Sanki bir qədər əvvəl olanlar heç olmamışdı. Donub qalmışdı. Güclə dilə gəldi:-- Sən söndürdün alovu? Bunu necə elədin?-- Hə ana.Bəhram altıncı sinifdə oxuyurdu. Çox bacarıqlı oglan idi. Müəllimlər ondan razi idi.Yangın zamanı özünü itirmədi.Cografiya dərsindən ;Atmosfer; bəhsini keçəndə müəllimindən öyrənmişdi ki, oksigen yanmaya kömək edir.Bəhram alovun oksigenlə əlaqəsini əsmək üçün divanın üstündəki örtüklə yanan xalçanın üzərini örtmüşdü.Ana oglunu bagrına basdı . Srvincindən uçurdu . Artıq ürəyinə gətirdiyi qara fikirlər getmiş yerinə parlaq işıq gəlmişdi. Bu işıq ananın oğlunun gələcəyindən süzülüb gəliən işıq idi.   Bir azdan kəndin işıqları da yandı. Bu işıqları yandıran da sanki ananın ürəyində yanan işıgın gücü idi. Yox  amma ... bu işıq  etimad, güvən, rahatlıq işıgıdır.  Heç nə ilə müqayisə edilməz.



Əshabi - Kəhf 

   Əshabi-Kəhf Naxçıvan şəhərinin 12 km yaxınlıgında İlandag və Nəhəcir dagı arasında yerləşən təbii magaradır. Kəhf - magara, əshabi - adamlar mənasını daşıyır. Əzəmətli görünüşü, mistik aurası ilə insanı eniqmatik aləmə qovuşduran fiziki və mənəvi paklıgın məkanı olan bu yer minilliklərin ziyarətgahıdır.
   Burada rast gəlinən qədim maddi nümunələr və mədəni qatın dərinliyi ərazinin ilkin orta əsrlərə və daha erkən dövrlərə aid oldugunu təstiq edir. Magaranın içində yaranan təbii şərait yayda sərin, qışda ilıq mühitin olması buranın qədim insan məskənlərindən olması fikrini tamalayır. Buranın ziyarətgah olması Qurani Kərimdə qeyd olunan (Kəhf surəsi-18) hadisə ilə baglıdır. Rəvayətə görə bütpərəst hökmüdar Dag Yunusun vəziri Təmirxan onu tək olan Allaha inanmaga çagırır. Dag Yunus vəzirə qəzəblənir. Vəzir Təmirxan bir neçə tərəfdarları ilə hökmüdarın zülmündən daglara çəkilmək üçün saraydan qaçır. Yolda onlara bir çoban və onun iti də qoşulur. Çoban itin səs edəcəyindən ehtiyat edib onun qıçını sındırır. İti magaranın önündə basdırır. Onlar magarada dərin yuxuya gedirlər. Ayıldıqdqn sonra bərk acdıqları üçün vəziri şəhərə yemək dalınca göndərirlər. Vəzir Təmirxan çörək aldıgı dükan sahibinə gümüş pul verir. Dükan sahibi pulların Dag Yunusun dövrünə aid oldugunu görür. Onun xəzinə ogurladıgını güman edib hökmüdarın yanına aparırlar. Vəzirə başa salırlar ki bu pullar 300 il bundan əvvələ aiddir. Vəzir Təmirxan magaraya qayıdaraq əhvalatı yoldaşlarına danışır. Dostlar İlahinin  onları necə qorudugunu anlayırlar. Rəbblərinə dua edərək onları öz dərgahına qovuşdurmasını xahiş edirlər. Rəbbimiz, dərgahından bizə rəhmət bəxş et və bizə bir çıxış yolu göstər. (Kəhf surəsi-18; ayə 10)
  Bu hadisə fərqli mədəniyyətlərin arasında körpü olan bir kültdür. Eyni rəvayət xristian dünyasında da yayılmış və bir çox ölkələrdə oxşar magaralar inanc yerinə çevrilmişdir. Filmlər çəkilmiş magara adamlarının adları, hətta çobanın itinin belə adı dəqiqliklə verilmişdir. Hadisənin Roma imperatorlarından Diokletian (284-305), ya da Domitianus (271-272) oldugu güman edilir. Saraydan qaçıb magaraya üz tutanların isə İmteratorun sag tərəfindəki əyanları Yemliha, Mekselina, Mislina, sol tərəfindəki əyanları Mernuş, Delernuş və Şazenuş, itin adı isə Kıtmır oldugu qeyd olunur. Rəvayətin davamına görə hökmüdar saraydan qaçanları təqib edərək Efesə (Türkiyə) gəlir və onları öldürmək məqsədi ilə magaranın girişini baglayır. Bu rəvayətdə dəqiq insan sayı verilmişdir. Lakin müqəddəs kitabda magara adamlarının sayı haqqında deyilir ki, onların sayını heç kim dəqiq deyə bilməz. Bunu yalnız allah bilir.(Kəhf surəsi-18; ayə 22).
   İllərlə yatızdırdıq magarada onları. Sonra oyatdıq ki, o iki dəstədən hansı biri yatdıqları müddəti düz hesablayacaq. (Kəhf surəsi-18; ayə11). Bu ayəyə nəzər salsaq xristianlıgın rəvayətindəki hökmüdarın sag və sol tərəfi olan insanları iki dəstə kimi yozmaq olar. Həm də bəşər tarixinin belə bir mühüm hadisəsinin başqa dini kitablarda yox yalnız Qurani kərimdə yer alması onun İslamdan əvvəlki dinə aid olduguna işarədir. 
Magarada 300 il, və yaxud 309 il yatdılar deyə mübahisələr var. Bu mübahisələrə aydınlıq gətirək .300 il Günəş(hicri-şəms) , 309 il Ay (hicri-qəmər) təqvimi ilə yuxuya getdilər magara adamları. Günəş təqvimi Yerin Günəş ətrafında bir tam dövrü müddəti ilə ölçülür. Bu müddət 365-366 gündür. Ay təqvimi isə ayın Yer ətrafında hərəkəti ilə ölçülür və bunin 12 dəfə təkrar olması ilə bir il hesablanır. Ayın Yer ətrafında tam dövr etməsi müddəti 28 sutka 13 saatdır. Deməli Qəmər(sinodik) təqvimində ilin günlərinin sayı 355-356 gün olur. Bu təqvimlər arasında yaranan 10 gün fərq 300 ilə 9 il edir.
Onları saga sola çevirdik ki, ətlərini torpaq yeməsin. (Kəhf-18;ayə18). Bu magarada

yatanların qan dövranını təzələnməsi üçün edilmişdir. İnsan bədəni hərəkətsiz uzunmüddət qalarsa toxumaların çürüməsi baş verir.  
Dünyanın bir çox yerlərində, Kiçik Asiyada , Fələstində Oxşar hadisələrlə baglı magaralar vardır.Lakin Quranda bu məsələyə də aydınlıq gətirən ayə vardır. Bir nəzər sal Günəşə. Dogan zaman magaranın sagından, batan zaman solundan düşür gün.(Kəhf-18; ayə 17). Azərbaycanda yerləşən Əshabi-Kəhf magarası Qyranda yazıldıgı kimidir, Magaranın önündə dayandıqda günəşin sagda çıxıb solda batdıgını görmək olar.
Bu gün Əshabi-Kəhf müqəddəs ziyarətgah mədəni turizm obyektidir. Dövlətimizin qaygısı ilə abadlaşdırılıb dini turizm məkanı kimi zəvvarların ixtiyarına verilib. Ölkənin hüdudlarından kənardan da buranı ziyarətə gəlirlər.
 Abdullayeva Natəvan 157 saylı məktəb.






Hiç yorum yok:


Yorum Gönder


Hiç yorum yok:

Yorum Gönder